"Belələrini diri-diri yandırmaq lazımdır" - Məşhurlar Nərmindən yazdılar
07 yanvar 2020 18:56 (UTC +04:00)

"Belələrini diri-diri yandırmaq lazımdır" - Məşhurlar Nərmindən yazdılar

 

Keçən ilin noyabrında itkin düşən və dünən yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın faciəvi qətlinə sənət və media əhli səssiz qalmadı.

Kulis.az xəbər verir ki, sənətçilər sosial şəbəkədəki hesablarından Nərminin fotosunu paylaşaraq azyaşlı uşaqların qətlini lənətləyiblər.

Müğənni Nigar Camal:“Bu, ağır itkidir. Biz bilmirik Nərmin balamıza hansı xəsarətləri yetiriblər. Belə insanları, pedofilləri məhv etmək, diri-diri yandırmaq lazımdır. Başqa yol görmürəm. Balaca uşağa necə başqa gözlə baxmaq olar? Məsum körpəyə - 10 yaşlı qıza bunu etmək vəhşilikdir. Belə şeyləri boş buraxmaq olmaz. Tapıb cəzalandırmaq lazımdır. Özü də həbs etmək yox, dünyadakı ən sərt cəzalara məhkum etmək mütləqdir. Uşaqlar valideynə Allahın ən böyük hədiyyəsidir. Allah heç bir valideynə bu ağrını nəsib etməsin!

Xalq artisti Faiq Ağayev:“Bu cinayəti törədən qəddar zalım (zalımlar) ən tez zamanda tutulmalı, ona (onlara) ən ağır cəza tətbiq edilməlidir!”

Görüntünün olası içeriği: 1 kişi, yakın çekim

Əməkdar artist Hüsniyyə Mürvətova:“Sənin qanın yerdə qalmayacaq mələk. Nərmin üçün susma!!! İnsanlar niyə bu qədər vəhşiləşib. İlahi! Bu qızcığaza necə qıyıblar? Öldürüblər, üstəlik yandırıblar... Ağlım çözmür artıq bu vəhşilikləri. Şokdayam. Hara gedir bu dünya. Cinayətkar ən ağır cəza ilə cəzalandırılmalıdır”.

Müğənni Elton Hüseynəliyev:““Dəhşətli bir hadisədir. Qatil mütləq cəzalanacaq, buna əminəm. Belə məxluqlar ən ağır cəzaya layiqdir”.

Müğənni Elvin Abdullayev“Bu körpənin günahı nədir? Allah heç bir ana-atanı övladı ilə sınağa çəkməsin. Bunu edər hər kimdirsə, çarmıxa çəkilməlidir”.

Aparıcı Lalə Azərtaş:“Bəli! Meşələr yanmasın, canlılar məhv olmasın. Amma belə məsum körpələr heç ölməsin, öldürülməsin. Qatili ən ağır şəkildə cəzalandırılsın. Onun ahın ödəmədən, hər gün ölə-ölə yaşamadan rahat gəzmə, qatil!”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3986

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51